Aydın Süleymanlı 4-cü qələbə ilə 3-cü oldu

post-img

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” turnirinin “Challengers” yarışında 10 turdan sonra 3-cü yerdədir. 

Təmsilçimiz son turda qazaxıstanlı Kazıbek Nogerbekə qalib gəlib. Bu, idmançımızın yarışda 4-cü qələbəsidir. Ötən turlarda, ümumilikdə, 6,5 xal toplayan Süleymanlı əlavə göstəricilərə görə, yerli şahmatçı Bencamin Boku qabaqlayır. Çexiya təmsilçisi Tay Nquyen 7,5 xalla turnir cədvəlinin lideridir.

13 turdan ibarət yarış fevralın 2-dək davam edəcək. 

L.QURBANOVA  
XQ

 

İdman