Azərbaycan millisinin baş məşqçisi: Hidayət Heydərovla Zelim Kotsoyevi ilin əsas yarışlarına hazırlayırıq

post-img

"Hidayət və Zelim artıq tam şəkildə məşq prosesinə qoşulublar".

AZƏRTAC xəbər verir ki, bu sözləri cüdo Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman federasiyanın rəsmi saytına müsahibəsində deyib.

Mütəxəssis Olimpiya çempionları Hidayət Heydərovla Zelim Kotsoyevin əsas turnirlərə hazırlaşdıqlarını bildirib: “Onlar ilin gedişində dörd-beş yarışda iştirak edəcəklər. Əsas diqqət dünya və Avropa çempionatlarına, İslam Həmrəyliyi Oyunlarına, həmçinin bəlkə də Tokioda keçiriləcək "Böyük Dəbilqə" turnirinə yönəlib. Lakin İslamiadanın tarixi ilə bağlı hələ dəqiq məlumat yoxdur. Yarışın avqustda keçirilməsi planlaşdırılır, noyabra təxirə salınması ehtimalı da var. Bu isə cüdo təqvimi üçün çox vacib bir dövrdür, çünki həmin müddətdə Tokioda keçirilən prestijli "Böyük Dəbilqə" turniri var və bu yarışda iştirak da bizim üçün prioritetdir”.

İdman