Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa Elmi Redaktorlar Assosiasiyasının (EASE – The European Association of Science Editors) Azərbaycan və Türkiyə bölmələri arasında potensial əməkdaşlıq imkanlarına həsr olunmuş birgə onlayn görüş keçirilib. Görüşdə EASE-nin vitse-prezidenti İva Qrabariç Andonovski, EASE-nin katibi Meri Hocson, Azərbaycan bölməsindən Səbuhi Qəhrəmanov, Əliyusuf Məmmədov, Fərhad Əliyev, Aida Tağıyeva və İlahə İsgəndərova, Türkiyə bölməsindən Yasin Hasan Balcıoğlu, Seda Bahar Pancaroğlu, Esma Şenel, Ali Şahin və Cem Uzun iştirak ediblər.
XQ xəbər verir ki, tədbirdə Azərbaycanda akademik nəşriyyat ekosisteminin mümkün ehtiyacları və gələcək əməkdaşlıq sahələri müzakirə olunub. EASE resurslarının və rəhbər sənədlərinin Azərbaycanda tətbiqi və yayılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin EASE Türkiyə bölməsinin potensialın artırılmasına və akademik nəşriyyat standartlarının təkmilləşdirilməsinə mümkün töhfələri məsələsinə də baxılıb.
Görüşdə redaktor təlimi təşəbbüslərini gücləndirmək üçün Azərbaycan bölməsinin üzvlərinin EASE Redaktor Məktəbində iştirakı təşviq edilib. Akademik nəşriyyat sahəsində fəaliyyət göstərən tərəflərin ehtiyaclarını müəyyənləşdirmək üçün sorğu hazırlamaq ideyası müzakirə olunub və bölmə daxilində mümkün qədər inklüziv ünsiyyət kanallarının yaradılmasının vacibliyini diqqətə çatdırılıb.
Sonda növbəti görüşlərin təşkili barədə razılığa gəlinib, vebinarlar, kurslar və təlim düşərgələrinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

