"Mançester Yunayted" komandası İngiltərə Federasiya Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, "qırmızı şeytanlar" 1/32 finalda səfərdə "Arsenal"la qarşılaşıb. Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan (5:3) "Mançester Yunayted" adını 1/16 finala yazdırıb.
Qonaqların türkiyəli qapıçısı Altay Bayındır penaltilər seriyasında bir zərbəni dəf edib.