Rusiya futbolçusu “Turan Tovuz”a keçir

post-img

Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun baş direktoru Şamil Qazizov futbolçusu Anton Kraçkovskinin böyük ehtimalla karyerasını Azərbaycanda davam etdirəcəyini təsdiqləyib.

Bu barədə Premyer Liqa təmsilçisinin nümayəndəsi "Matç TV"yə bildirib. 22 yaşlı yarımmüdafiəçi karyerasını Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz”da davam etdirməyə yaxındır.

"Böyük ehtimalla Anton Kraçkovski oyun təcrübəsini saxlamaq üçün yanvarda “Turan”a icarəyə göndəriləcək”, – deyə Ş.Qazizov bildirib.

Qeyd edək ki, Anton Kraçkovski “Dinamo”ya da 2023-cü ildə məhz K. Berdiyevin istəyi ilə Qazaxıstanın “Kayrat” komandasından cəlb edilmişdi. Futbolçu bu mövsüm Rusiya Premyer Liqasında 7 matçda forma geyinib.

İdman