Suriya Müvəqqəti Hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani İranı Suriya xalqının iradəsinə, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb. Məlumatı “Anadolu” verib.
X-də dərc olunan bəyanatında əl-Şibani Suriyada vəziyyətin sabitliyinin pozulmasına töhfə verən hərəkətlərin dayandırılmasının vacibliyini vurğulayıb.
“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz İrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin və son bəyanatların nəticələrinə görə məsuliyyət daşısın”, - deyə nazir bildirib.
P.ƏMİRCANOV
XQ