“Qarabağ” Juninyonu itirəcəkmi?

post-img

İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xavyer Qarsiya Pimienta “Qarabağ”ın braziliyalı hücumçusu Juninyonun alına biləcəyi ehtimalına da toxunub:

“Juninyo? Bu futbolçu, bildiyim kimi, “Qarabağ”ın çoxlu qol vuran hücumçusudur. Klubu ilə etibarlı müqaviləsi var. Çempionatda “Real” ilə çox vacib matçımız qalıb. Sonra tətilə gedəcəyik, heyəti gücləndrmək üçün tam bir ay vaxtımız olacaq. Bizim gücləndirmək istədiyimiz bir mövqe var, yəni hücumçuya ehtiyacımız var. Daha deməyə sözüm yoxdur”.

Klub rəhbərliyinin son açıqlamalarına görə, hücumçunun transferi ilə bağlı danışıqlar davam edir.

XQ

İdman