Qazaxıstanın paytaxtı Astanada sərbəst güləş üzrə “Güləş ulduzları liqası” yarışı keçirilib.
Azərbaycan Güləş Federasiyasından XQ-ə verilən məlumata görə, turnirdə ölkəmizi təmsil edən Ağanəzər Novruzov (74 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həmyerlimiz əvvəlcə qazaxıstanlı Kanat Mussabekovu 3:1 hesabı ilə məğlub edib. Novruzov daha sonra rusiyalı Anzor Zakuyevi üstələyib - 2:1. Ağanəzər finalda isə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabı ilə qalib gəlib.