Azərbaycan qılıncoynadanları Türkiyənin Konya şəhərində keçirilən şpaqa növü üzrə gənclərin açıq turnirində qızıl və bürünc medal qazanıblar.
Xədicə Həsənli qızların şəxsi yarışında 100-dən çox iştirakçı arasında bütün görüşlərini qalib başa vuraraq, qızıl medala layiq görülüb. Daha bir təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların şəxsi mübarizəsində mükafatçılar sırasında yer alıb. Yarımfinala kimi irəliləyən şpaqaçı finalın bir addımlığında uduzaraq, 3-cü yeri tutub.