Rusiya ABŞ ilə münasibətləri normallaşdırmağa açıqdır, lakin Vaşinqton buna cavab olaraq addım atmalıdır. Bunu noyabrın 19-da Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib. Məlumatı “İzvestiya.ru” verib.
“Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, Moskva normallaşmaya açıqdır. Ancaq biz tək tanqo rəqsini oynaya bilmərik. Biz bunu etməyəcəyik”, - o bildirib.
Peskov həmçinin vurğulayıb ki, sanksiyalar yarışını Moskva deyil , Amerika tərəfi başladıb.
Bundan əvvəl, noyabrın 6-da Peskov bildirmişdi ki, Vaşinqtonla Moskva arasında münasibətlər ən aşağı tarixi nöqtədədir. O qeyd edib ki, Rusiya tərəfi ədalət, bərabərlik və iki ölkənin narahatlıqlarına əsaslanan dialoqa həmişə hazırdır.
Avqustun sonunda ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bəyan etmişdi ki, Rusiya ilə ABŞ arasında yaxşı münasibətlər qurmaq düzgün yanaşmadır. Onun sözlərinə görə, “Rusiya ilə anlaşma yaxşıdır, pis deyil, ağıllıdır”.
P.ƏMİRCANOV
XQ