“Azərreyl” Avropa kubokunun qalibi olub

post-img

“Azərreyl” klubunun kişilərdən ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda uğurla çıxış edərək qalib adını qazanıb.

Bakı təmsilçisi həlledici matçda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandası ilə mübarizə aparıb. İki görüşün birində “Azərreyl” (2:1), digərində İspaniya təmsilçisi (2:1) üstün olub. Qalibi müəyyənləşdirmək üçün keçirilən qızıl setdə 15:12 hesablı qələbə qazanan təmsilçimiz Avropa Kubokunda çempion adına yiyələnib.

Qeyd edək ki, “Azərreyl”in qadınlardan ibarət komandası da Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb.

Leyla QURBANOVA
XQ

İdman