“Böyük dəbilqə”də 4 medal

post-img

Azərbaycanın cüdo komandası Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan “Böyük dəbilqə” turnirini 1-i qızıl olmaqla 4 medalla başa vurub.

Komandamızın üzvlərindən Zelim Tçkayev (81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Uşangi Kokauri (+100 kq) gümüş medala sahib olub. Acelya Toprak (57 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medala layiq görülüblər. Bu nəticə ilə komandamız medal sıralamasında 5-ci olub.

Leyla QURBANOVA
XQ

 

İdman