Dırmanma üzrə Açıq Respublika Turniri keçirilib

post-img

Azərbaycan Alpinizm Federasiyası tərəfindən yeniyetmə və gənclər arasında idman dırmanmasının boulderinq növü üzrə təşkil olunan Açıq Respublika Turniri yekunlaşıb.

Federasiyadan verilən məlumata görə, yarışda müxtəlif yaş qruplarına aid idmançılar öz bacarıqlarını nümayiş etdiriblər.

Nazim Yusifzadə, Aliya İbrahimbəyova, Rəsul Nəsir, Emiliya Adigamova və Rozliya Dubençova 1-ci yerə sahib çıxıblar. Fərhad Babayev, Xədicəyi Kübra Axundlu, Anatoli Meniailov, Angelina Yermak, Soel Kim 2-ci, Salima Əliyeva, Murad İbrahimli, Həvva Yambulatova və Dəniz Əliyeva 3-cü olublar.

Gərgin, maraqlı və həyəcanlı keçən yarışın sonunda qaliblər mükafatlandırılıb.









İdman