Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsində iştirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, həlledici raundda ölkəmizi Ramiz Həsənov (80 kiloqram) və İbrahim Yusubov (90 kiloqram) təmsil edəcəklər.
Yarış oktyabrın 12-13-də baş tutacaq.
Qeyd edək ki, bu turnirdən dərhal sonra bütün mərhələlər üzrə toplanan xallar hesablanacaq və çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək.