Qazaxıstanın Astana şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Denis Ten Memorialı davam edir. Kişilərin fərdi yarışında artıq mükafatçılar bəlli olub.
Azərbaycan idmançısı Vladimir Litvintsev yarışda uğurla çıxış edib. Qısa proqramda 3-cü olan idmançımız sərbəst çıxışda da 3-cü yeri tutub. O, 161,97 xal toplayıb.
Bu, Vladimirə iki hərəkətin yekununda 246,00 xal yığmağa imkan verib. Nəticədə idmançımız yekunda 2-ci yeri tutub və gümüş medal qazanıb. Yarışın qalibi isə qazaxıstanlı Mixail Şaydorov olub – 262,33 xal.
Qeyd edək ki, bu gün buz üzərində rəqslərdə isə Maksin Ueterbi və Aleksandr Kolosovski dueti də sərbəst proqramda çıxış edəcək.
L.AZAD
XQ