X Memorialda şahmatçımız 3-cü oldu

post-img

Şuşada keçirilən şahmat üzrə X Vüqar Həşimov Memorialının qalibləri məlum olub.

Xatirə turnirində Beynəlxalq Şahmat Federasiyasının bayra­ğı altında mübarizə aparan Yan Nepomnyaşi rəqiblərini qabaqla­yaraq 1-ci yeri tutub. Rapid yarışında 10 xal toplayan qrosmeys­ter blitsdə hesabına 9 xal yazdırıb. O, yekunda 19 xalla turnirin qalibi olub.

Özbəkistanlı Nodirbek Abdusattorov (18) 2-ci, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov (16) isə 3-cü yeri tutub.

Xatırladaq ki, memorialı Azərbaycan Şahmat Federasiyası, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi bir­gə təşkil edib.

Leyla QURBANOVA
XQ

İdman