Süni zəka insan rəhbərliyi altında məlumatları təhlil etmək, təcrübədən öyrənmək və ağıllı qərarlar qəbul etmək üçün proqramlaşdırılır. Hazırda ondan həm də çox təhlükəli məqsədlər üçün istifadə edilir. Bura mərmiyə çevrilən pilotsuz təyyarələr, ictimai şüuru manipulyasiya edən saxta videolar və avtomatlaşdırılmış kompüter sındırmaları daxildir.
Məsələn, generativ süni zəkanın geniş imkanları təkcə dünyanın hər yerindən istifadəçiləri deyil, həm də kibercinayətkarları cəlb edir. Bu cür süni zəka alətləri artıq inandırıcı fişinq mesajları, zərərli kod yaratmaq və ya zəiflikləri tapmaq kimi mənfi məqsədlər üçün istifadə olunur. Şəxs və ya təşkilatlara qarşı dosye yaradılır, saxta xəbərlər və dezinformasiyalar yayılır. Nəyin saxta, nəyin doğru olduğunu fərqləndirmək isə getdikcə çətinləşir.
Süni intellekt həm də mürəkkəb problemlərin həlli yollarını tapa bilir. Elə problemlər var ki, onların həlli insanlara zərər verə bilər, məsələn, qadağan olunmuş və ya təhlükəli kimyəvi birləşmələrin yaradılması.
Bəs, görəsən, süni zəkanın insanın əmrlərini saf-çürük etmək üçün vicdanı olacaqmı?
PÜNHAN
XQ