Güləşçimiz bürünc medal qazanıb

post-img

Qazaxıstanın Atırau şəhərində keçirilən “Oil Capital Cup” turnirində Azərbaycanın sərbəst güləşçisi 3-cü yeri tutub. 

Komandamızın üzvü Musa Ağayev (65 kq) 1/4 finalda gürcüs­tanlı Luka Janeraşvili üzərində tam üstünlük­lə – 11:0 hesablı qələ­bə qazansa da, final uğrunda qazaxıstanlı Mayis Aliyevə (2:13) məğlub olub.

3-cü yer uğrunda Qazaxıstanın digər təmsilçisi Bek Jaksili­kova 5:1 hesabı ilə qalib gələn güləşçimiz yarışda bürünc medal qazanıb. 

L.QURBANOVA
XQ

İdman