Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında finala yüksəliblər.
Təmsilçilərimiz Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü temp hərəkətlərində həlledici mərhələyə vəsiqə qazanıb. Onların çıxışı hakimlər tərəfindən, ümumilikdə, 27.020 xalla qiymətləndirilib.
Qeyd edək ki, turnirə sentyabrın 22-də yekun vurulacaq.
L.QURBANOVA
XQ