Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Şamaxıda yerli komanda ilə “Sumqayıt” arasında olacaq. Görüş saat 16:30-da başlayacaq.
Hazırda “gənclik şəhəri” təmsilçisi 6 xalla 6-cı, bölgə klubu isə 5 xalla 7-ci pillədə qərarlaşıb.
Günün son oyununda “Qarabağ” doğma meydanda “Səbail”i sınağa çəkəcək. Matçın start fiti saat 19:00-da veriləcək.
Ağdam klubu 9 xalla 3-cü, bakılılar isə 4 xalla 8-cidir.
Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” öz meydanında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.