“Qubada idmanın inkişafı üçün hər bir şərait yaradılıb”

post-img

Regionlarımızda beynəlxalq yarışların keçirilməsi uşaq futbolunun inkişafı, kütləviləşməsi baxımından mühüm rol oynayır. 

Bu sözləri Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.

O bildirib ki, Quba Olimpiya Kompleksi yenidən qurulub. Müxtəlif idman növləri üzrə komandaların təlim-məşq toplanışı keçməsi üçün burada hər bir şərait yaradılıb. İdman paytaxtımız olan Quba il ərzində müxtəlif beynəlxalq idman turnirləri və tədbirlərinə də ev sahibliyi edib. Sevindirici haldır ki, bu ildən Qubanın liqada öz komandası olacaq. Onlara uğurlu çıxışlar arzulayıram.

Qeyd edək ki, turnirdə 5 ölkədən 8 komanda mübarizə aparır. “Ulduz Cup”a sentyabrın 6-da yekun vurulacaq.

L.AZAD

XQ

İdman