“Kürü keçək?!”: 500 iştirakçı və nazir də üzənlər arasında

post-img

Mingəçevir şəhərində “Kürü keçək?!” açıq suda üzmə yarışı keçirilib. 

Kür çayında təşkil olunan yarışda Gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə, federasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.

300 metr məsafəyədək peşəkar və həvəskarlar arasında keçirilən yarışda 500 nəfər iştirakçı mübarizə aparıb. İştirakçılara dəstək məqsədi ilə gənclər və idman naziri Fərid Qayıbov da üzənlər arasında olub. 

Yarış başa çatdıqdan sonra yer tutan idmançılar mükafatlandırılıblar.

Fəxri kürsüyə yüksələn idmançılara medal və diplomları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin idman şöbəsinin sədri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) vitse-prezidenti Tamerlan Abdullazadə, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev və Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar təqdim ediblər.

Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil edilib.

L.QURBANOVA

XQ

İdman