Cüdoçumuz dünya çempionu olub

post-img

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən Dünya çempionatına uğurla start veriblər. 

Komandamızın üzvü 55 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Məmişov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. 50 kiloqramda mübarizə aparan Məhəmmədəli Hüsiyev isə 3-cü yeri tutub. 

Avqustun 31-dək davam edəcək yarışlarda Azərbaycan 7 cüdoçu ilə təmsil olunur. 

L.QURBANOVA
XQ

İdman