Kiyev rejiminin Kursk bölgəsinə hücumundan sonra danışıqlardan söhbət getmir. Bu barədə avqustun 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
O, Kiyev rejimi və onun Qərb himayədarları tərəfindən dəfələrlə rədd edilən və sabotaj edilən Rusiya Federasiyasının çoxsaylı sülh təşəbbüslərini xatırladıb.
“Bizim danışıqlara hazırlığımız heç kimdə şübhə yaratmamalı idi, baxmayaraq ki, əlbəttə ki, Kursk vilayətindəki avantüradan sonra bu mövzuda söhbətlər əhəmiyyətsizləşir”, - Lavrov Seneqalın xarici işlər naziri Yasin Düşdü ilə birgə mətbuat konfransında deyib.
Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə girməsindən sonra danışıqların mümkünsüzlüyünü daha əvvəl Kreml rəsmisi Dmitri Peskov, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova, həmçinin Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirmişdi.
P.ƏMİRCANOV
XQ