“Milan” “Barselona”dan 175 milyon avro tələb edib

post-img

İtaliyanın "Milan" klubu portuqaliyalı hücumçusu Rafael Leau üçün İspaniya təmsilçisi "Barselona"dan 175 milyon avro tələb edib. “La Gazzetta dello Sport” xəbər verir ki, 25 yaşlı futbolçunu heyətində görmək istəyən Kataloniya klubu bu məbləği ödəmək fikrində deyil. Tələb edilən yüksək məbləğ üzündən transferin reallaşacağı inandırıcı olmasa da, futbolçu "Barselo­na"da oynamaq niyyətindədir.

Qeyd edək ki, Rafael Leau ötən mövsüm İtaliya klubunun heyətində meydana çıxdığı 47 oyunda 15 qol və 14 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı futbolçunu 90 mil­yon avro dəyərində qiymətləndirir.

PÜNHAN
XQ

İdman