ABŞ-ın 35-ci prezidenti Con Kennedinin bacısı oğlu, dövlət başçısı vəzifəsinə müstəqil namizəd Robert Kennedinin növbəti seçki kampaniyasından əl çəkəcəyi və cümə günü Arizonada öz qərarını rəsmən elan edəcəyi ehtimal olunur. Bu barədə “Axios” portalına istinadən “İnterfaks.ru” məlumat yayıb.
Kennedinin kampaniyası çərşənbə günü bildirib ki, o, cümə günü Feniksdən xalqa “bu tarixi an və irəliyə gedən yol” haqqında müraciət edəcək.
“Axios” bunun vacib olduğunu deyir, çünki “Kennedi yarışdan kənara çıxsa, onun cümə günü Arizona ştatının Feniks şəhərində də tədbir keçirən keçmiş prezident Donald Trampı dəstəkləyəcəyi gözlənilir”.
Tramp çərşənbə axşamı CNN-ə deyib ki, qalib gələrsə, Kennedi seçkidən çəkilərsə və Respublikaçı namizədi dəstəkləyərsə, administrasiyasında ona vəzifə verə bilər.
P.ƏMİRCANOV
XQ