AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Burada Premyer Liqanın yeni mövsümünün III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Turan Tovuz”la oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə, “Kəpəz” 700 manat cərimə edilib. “Sumqayıt” – “Səbail” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması “kimyaçılar”ı 800 manat xərcə salıb. Bundan başqa, PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə, sumqayıtlılar 500 manat ödəyəcək.
PÜNHAN
XQ