“Neftçi” heyətini gücləndirir

post-img

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirir. Adını açıqlamayacağam, amma sol cinah müdafiəçisi olduğunu deyə bilərəm". Bunu "Neftçi" futbol klubu­nun media üzrə koordinatoru Rüstəm Əfsərli dünən keçirdiyi mətbuat konfransında deyib.

Koordinator "Neftçi Arena"nın durumu ilə bağlı da açıqla­ma verib: "Neftçi Arena"nın ot örtüyünün durumu qənaətbəxş deyil, əsasən, yay aylarında problem yaranır, eləcə də təbii hava keçidində problem var. Stadion AFFA-nın balansındadır, amma biz yatırım edirik. 2021-ci ildən sonra yalnız kiçik bərpa işləri olub. Artıq baza istifadəyə verilib. Obyektin ikinci mərtəbəsində iş gedir. Media nümayəndələrini də oraya dəvət edəcəyik. Ha­zırda ot örtüyü ilə bağlı problem həll olunur. Ciddi irəliləyiş var. Sentyabrın 20-də "Qarabağ"la oyuna qədər tam hazır olacaq".

PÜNHAN
XQ

İdman