Sena 2 idmançını yoluxdurub

post-img

Paris Olimpiadasının açıq suda üzgüçülük yarışlarının keçirildiyi çirkli Sena çayı ətrafında qalmaqal davam edir.

Avqustun 5-də məlum olub ki, isveçrəli triatlonçular Adrien Briffo və Simon Vesterman bağırsaq infeksiyası səbəbindən qarışıq estafet yarışında iştirak edə bilməyəcəklər. 

Əvvəlcə Oyunlarda fərdi startda 49-cu yeri tutan Briffo yarışda iştirak etməli olsa da, səhhətində yaranan problemlərə görə sonradan Vesterman ilə əvəzlənib. Lakin bundan sonra Vestermana da bağırsaq infeksiyası diaqnozu qoyulub. Bu səbəbdən o start xəttinə çıxmayıb.

Bundan əvvəl belçikalı qadın triatlonçu Kler Mişel eyni diaqnozla xəstəxanaya yerləşdirilib.

İdman