Dopinqdən istifadəyə görə yarışdan kənarlaşdırılan polşalı kanoeçi Dorota Borovskayanın cəzası ləğv edildiyindən “Paris-2024”də iştirak edəcək.
Qeyd edək ki, idmançının orqanizmində “klostebol” tapılıb. Borovskaya bunun krem vasitəsilə orqanizminə düşdüyünü iddia edib.
Avqustun 1-də kanoeçinin müvəqqəti kənarlaşdırılmasına qərar verilsə də, bir neçə gün sonra İdman Arbitraj Məhkəməsi qərarını dəyişib.
Qeyd edək ki, kanoeçilərin yarışları bu gün start götürür.