Paris-2024: Cüdoçu rəqiblər arasında 62 kq fərq

post-img

“Paris-2024”də maraqlı hadisə baş verib. Cüdo üzrə qarışıq komanda yarışında keçirilən 1/4 final görüşündə Fransa Cənubi Koreya ilə üz-üzə gəlib. 

145 kiloqram çəkidə cüdo əfsanəsi Teddi Riner asiyalı Cun-Xvan Li ilə qarşılaşıb.  “Ekip” nəşri qarşılaşma vaxtı onlar arasında çəki fərqinin 62 kiloqram olduğunu açıqlayıb. Riner özündən xeyli yüngül – 83 kiloqram çəkidə mübarizə aparan koreyalı rəqibinə qalib gəlməkdə çətinlik çəkməyib.

 

İdman