Fransanın Dövlət İdarəçilik və Siyasət Araşdırmaları İnstitutu Paris Olimpiadasının xərclərini açıqlayıb.
Xərclər nəzərdə tutulan 9 milyard avrodan 11 milyard avroya qədər artıb.
“Sena çayının təmizlənməsi, açılış mərasiminin təmin edilməsi xərcləri və bonuslar əlavə olunarsa, ümumilikdə 11 milyard avro olur”, - deyə açıqlamada bildirilir.