CNN bildirir ki, Misirin qadın çimərlik voleybolu komandasının üzvləri Fransanın idmançılarının hicab geyinməsinə qadağa qoymasını tənqid ediblər.
Misir yığmasını Oyunlarda Mərva Abdelhadi və Doaa Elqobaşi təmsil edib. Onlar yarışa qara qolsuz köynək və topuğa qədər qara şalvar geyiniblər.
“Çılpaq olmaq və ya hicab taxmaq fərqi yoxdur. Sadəcə, fərqli mədəniyyətlərə və dinlərə hörmət edin”, – Elqobaşi bildirib.