Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 2025-ci il fevralın 1-dək fəaliyyətini dayandırıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə Azərbaycan Kuboku və Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsilə mümkün olacaq.
AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.
Qeyd edək ki, COP29 tədbiri noyabrın 11-22-də keçiriləcək.