Amerikalı gimnast Paris Olimpiadasındakı keyfiyyətsiz qidanı tənqid edib

post-img

İdman gimnastikası üzrə beşqat Olimpiya çempionu, amerikalı Simona Baylz Parisdəki Olimpiya kəndində yeməklərin keyfiyyətini şübhə altına alıb.

AZƏRTAC xəbər verir ki, “RMC Sport” nəşri onun sözlərini sitat gətirir: “Olimpiya kəndində mətbəx tam fransız mətbəxi deyil. Bizim ölkədə (ABŞ-da) o, bir qədər daha faydalıdır", - deyə Baylz bildirib. Komanda yoldaşı Hezli Rivera da onunla razılaşıb.

“Burada yeməklərin çox keyfiyyətli olduğunu düşünmürəm. Baxmayaraq ki, fransız mətbəxi keyfiyyətli olmalıdır. Bizim burada ən yaxşı şəkildə qidalanmağımıza əmin deyiləm", - deyə Rivera vurğulayıb.

İyulun 30-da Baylz və Riveranın da daxil olduğu ABŞ-ın qadınlardan ibarət yığma komandası Parisdə 2024 Yay Olimpiya Oyunlarında çoxnövçülük üzrə komanda yarışlarının qalibi olub. Nəticədə Baylz beşqat Olimpiya çempionu titulunu qazanıb.

İdman