Triatlon yarışı təxirə salınıb

post-img

Paris Olimpiya Oyunlarının təşkilatçıları Sena çayında su­yun keyfiyyətinin qeyri-qənaətbəxş olması səbəbindən kişilər arasında triatlon yarışını təxirə salıblar. 

“World Triathlon” və “Paris-2024”ün təşkilatçıları iyulun 30-da yerli vaxtla səhər saat 8-də keçirilməli olan yarışın ertəsi gün saat 10:45-də - qadın triatlonundan dərhal sonra təşkil ediləcəyini bəyan ediblər. 

Təşkilatçılar qeyd ediblər ki, hər iki yarışdan əvvəl Sena çayında suyun “World Triathlon”un standartlarına uyğun olması yoxlanıla­caq.

İdman