Aranda yağmursuz, dağlarda yağıntı və külək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 31-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək. 

Cənub-qərb küləyi əsəcək, gündüz mü­layim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Gecə 20- 24°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət gecə 40-50, gündüz 60-70 faiz olacaq. Ab­şeron çimərliklərində gözlənilən dəniz su­yunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimər­liklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25- 26° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xa­rakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə ara­bir güclənəcək. Havanın temperaturu gecə 17-22° , gündüz 30-35°, dağlarda gecə 10- 15° , gündüz 16-21° isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya