Parisdə keçirilən Yay Olimpiya Oyunları dünyada heç də birmənalı qarşılanmayıb. Açılış mərasimi bəzi ölkələrdə tamaşaçıların kəskin reaksiyasına səbəb olub. Bu barədə Yunanıstanın pronews.gr portalı məlumat yayıb.
“2024-cü il Olimpiya Oyunlarının açılış mərasimində özlərini guya... İsa Məsih və onun “Sonuncu Şam yeməyi”ndəki şagirdləri kimi qələmə verməyə çalışan transvestitlərin iştirakı güclü narazılığa səbəb oldu!” – deyə portal qeyd edib.
Bundan əlavə, Avropa Parlamentinin deputatı, Fransanın Milli Birlik Partiyasının liderlərindən biri olan Marin Le Penin qardaşı qızı Marion Maréchal Le Pen təqdimatdan qəzəbləndiyini bildirib. O, açılış mərasimini övladları ilə birlikdə izlədiyini qeyd edib.
“Başları kəsilmiş Mari Antuanetta, öpüşən cütlük, Aya Nakamura ilə rəqs etməyə məcbur edilən Respublika Qvardiyasının alçaldılması, kostyumların və xoreoqrafiyanın ümumi eybəcərliyi arasındakı bir neçə uğurlu səhnəni qiymətləndirmək çətindir”, - deyə o, özünün X sosial şəbəkəsində yazıb.
Deputat özü isə təqdimatı kobud oyanış mədəniyyəti təbliğatı əsasında idman dəyərlərini və Fransanın gözəlliklərini təbliğ etmək üçün həyəcanlı cəhd adlandırıb.
Bununla belə, Yunanıstanın hökumətyönlü mediası tamaşanı yüksək qiymətləndirib. Onlar bildiriblər ki, Sena çayında Oyunların açılış mərasiminin “heyrətləndirici” idi.
Xatırladaq ki, iyulun 26-da Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi olub. Olimpiya məşəlini idmançı Mari-Xose Perek və cüdoçu Teddi Riner alovlandırıb. Daha sonra müğənni Selin Dion Edit Piafın “Hymn of Love” mahnısı ilə tamaşaçılar qarşısında çıxış edib.