Basketbolçularımızdan da Olimpiya medalları gözləyirik!

post-img

Azərbaycan müstəqillik dövründən bəri ilk dəfə Yay Olimpiya Oyunlarında komanda yarışlarında təmsil olunacaq. Basketbolun 3X3 növü üzrə qadınlardan ibarət millimiz mötəbər yarışda iştirak edəcək. Dünyanın ən güclü 8 komandasının qatılacağı turnirdə komandamızdan hansı nəticəni gözləyirik? Bəs bu uğur basketbolumuza nə verəcək?

Azərbaycanda basketbolun inkişa­fı istiqamətində son 2 ildə görülən iş­lərə nəzər salsaq, bu idman növündə nailiyyətlərin əldə edilməsi gözlənilən idi. Olimpiya komandamız hələ ötən il Astara, Bakı və Şuşada keçirilən ya­rışlarda inamla çıxış edərək reytinq xallarını yığmağa nail olmuşdu. Yığma­mızın Honkonqda keçirilən 1-ci təsnifat turnirində olimpiadaya yeganə vəsiqə uğrunda B qrupunda parlaq Çili və Monqolustanı məğlub etməsi ümidləri xeyli artırmışdı. Qrupun son oyunun­da Niderlanda uduzsa da, yarımfinala yüksələn xanımlarımız bu mərhələdə inamlı oyunları sayəsində Macarıstana, finalda isə Polşaya qalib gəlməsi Paris Olimpiadasında iştirak üçün “yaşıl ışıq” yandırdı. 

Paris Olimpiadası ərəfəsində Azər­baycan idmanı tarixində komanda növ­ləri arasında Olimpiya Oyunlarına ilk dəfə lisenziya əldə edən qadınların 3x3 basketbol millisi Paris Olimpiada­sı ərəfəsində Avropa Kubokunun final mərhələsinə vəsiqənin əldə edilmə­si komandamızın güclü potensialının daha bir göstərdi. 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ul­yanova açıqlamasında əldə edilən nə­ticənin Azərbaycan basketbolu üçün böyük əhəmiyyət daşıdığını bildirib:

– Qızlarımız yüksək səviyyədə bas­ketbol oynadıqlarını bir daha sübut ediblər. Onlar Paris Yay Olimpiya Oyun­larında ölkəmizi layiqincə təmsil etmək üçün səylərini daha da artıracaqlar. 

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç də basketbolçuların qələbəyə köklən­diklərini deyib:

– Olimpiya Oyunlarında qələbə üçün meydana çıxacağıq. Komandamız 8 ən güclü yığmadan biridir. İmkanlarımız­dan tam istifadə edib, oyunlarda mü­barizə aparacağıq. Bütün idmançıların arzusudur ki, Olimpiya Oyunlarında iştirak edib, yaxşı nəticə qazansınlar. Məğlubedilməz komanda isə yoxdur. 

Azərbaycan Basketbol Federasi­yasının mətbuat katibi Sənan Əliyev qəzetimizə açıqlamasında basketbol­çuların Serbiyanın Novi-Sad şəhərində hazırlıqlarını davam etdirdiklərini bildir­di: 

– Novi-Sad dünyada 3X3 basketbolu üzrə mərkəz hesab olunur. Komanda­nın serbiyalı baş məşqçisi Ratomir De­liç və digər mütəxəssislər qızlarımıza gündə 2 dəfə olaraq intensiv məşqlər keçirlər. Millimizin heyətində mübarizə aparacaq Mersedes Volker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tiffani Heys yaxşı formadadırlar. Hazırlıq iyu­lun sonunadək davam edəcək. Həm ki­şilərdə, həm də qadınlarda favorit ABŞ komandasıdır. İlk dəfə iştirak etdiyimiz komanda yarışında medal qazansaq, sevinərik. Amma bu ilkdir, qızlarımıza böyük bir təcrübə olacaq. 

“Paris-2024”də qadın basketbolçu­ların yarışı iyulun 30-da başlayacaq, avqustun 5-dək davam edəcək. Ko­mandamız startda İspaniya yığması ilə qarşılaşacaq. 

Rəqabət olimpiadada çox güclüdür. Amma buna baxmayaraq, qızlarımız da sonacan mübarizə aparmaq əzmində olduqlarını ötən yarışlarda nümayiş et­diriblər. Digər tərəfdən basketbolçuları­mızın olimpiadada mübarizəsi ilə Azər­baycanın qadın basketbolunda yeni bir dövr başlayır. Heç şübhə yoxdur ki, bu, ölkəmizdə basketbolun kütləviləşmə­sinə, daha da inkişafına güclü təkan verəcək. 

Olimpiadaların çox populyar və se­vilən basketbol yarışlarını azarkeşlə­rimiz ilk dəfə sonsuz maraq və böyük həyəcanla izləyəcəklər. Ümid edirik ki, komandamız Azərbaycanı layiqincə təmsil edib, bayrağımızı yüksəklərdə dalğalandıracaq!

Leyla QURBANOVA
XQ 

İdman