Bellingem də, İngiltərə də cərimələndi

post-img

UEFA İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinge­mi Avro-2024-ün 1/4 finalında Slovakiya ilə oyunda nalayiq jestinə görə 1 oyun şərti olaraq cəzalandırıb. Cəza bir il müd­dətində qüvvədə olacaq. Yarımmüdafiəçi 30 min avro cərimə ödəyəcək.

UEFA həmçinin İngiltərə Futbol Assosiasiyasını milli ko­mandanın azarkeşlərinin ictimai asayişi pozduqlarına görə 10 min avro, fişəng yandırdığına görə isə 10 min avro cərimələ­yib.

İdman