UEFA Türkiyə millisinin müdafiəçisi Merih Demirali 2 matçda oynamayacağı ilə cəzalandırıb. Bunu qurumun rəsmi saytı bildirib.
26 yaşlı türk Avro-2024-ün 1/8 finalında Avstriya ilə oyunda (2:1) ifrat sağçı baxışları ilə tanınan “Bozqurd” təşkilatı ilə əlaqəli olan canavar salamı jestini göstərib. Təşkilatın fəaliyyəti Avstriya və Fransada qadağandır.
Mənbənin məlumatına görə, Türkiyə tərəfi futbolçunu qorumaq üçün UEFA-ya onlayn ərizə təqdim edib. Müraciətə 24 saat ərzində baxılacaq və qərar veriləcək.
Beləliklə, bundan sonra Türkiyə yalnız turnirin finalına yüksələrsə, Demiral Avro-2024-də oynaya biləcək.