Komandamız Avropa çempionu olub

post-img

Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət güləş millisi Avropa çempionatının qalibi olub.

Serbiyanın Novi Sad şəhərində keçirilən qitə birinciliyində böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl medal qazanıblar. Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medala sahib olublar. 

Beləliklə, 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan komandamız 160 xal toplayıb. Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) isə üçüncü yeri tutub.

Leyla QURBANOVA
XQ

İdman