Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç Bakıya gəlib.
Ali şahmat qurumunun rəhbəri bu gün "Baku Open 2024" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcək.
Bakı İdman Sarayında keçiriləcək açılış mərasimi saat 14:30-da başlayacaq.
Qeyd edək ki, beynəlxalq turnirdə 12 ölkədən 328 şahmatçı iştirak edəcək.