ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

post-img

“Falcon 9” daşıyıcı raketi ABŞ-ın Hərbi Kosmik Kəşfiyyat İdarəsinin NROL-186 elektron izləmə peykini orbitə çıxarıb.

Daşıyıcı raket cümə günü ABŞ-ın Sakit okean vaxtı ilə saat 20:14-də (Bakı vaxtı ilə şənbə günü saat 7:14) Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb.

Raketin artıq səkkizinci dəfədir ki, istifadə olunan ilk pilləsi Sakit Okeandakı “Of Course I Still Love You” platformasına vertikal eniş edib. Pekin işinin radio siqnallarının tutulmasına yönəldiləcəyi bildirilir. Təyinatın detalları isə məxfi saxlanılır.

Dünya