Millimizdən növbəti qələbə

post-img

Bakıda çövkən üzrə dünya çempionatı davam edir. 

Binə Atçılıq Mərkəzində təşkil edilən yarışda millimiz Malta ilə görüşdə 5:0 hesablı qələbə qazanıb. Azərbaycan yığması iki turdan sonra mübarizə apardığı A qrupunda maksimum nəticə ilə liderlik edir. 

Qeyd edək ki, yığmamız ilk görüşdə Qazaxıstan üzərində də 5:0 hesablı qələbə qazanıb. Komandamız A qrupunda Türkiyə, Özbəkistan, Qazaxıstan və Malta ilə mübarizə aparır.

L.QURBANOVA
XQ

İdman