Avropa çempionatında daha 5 medal

post-img

Veteran cüdoçularımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Avropa çempionatında daha 5 medal qazanıblar. 

Komandamızın üzvlərindən M3 yaş kateqoriyası üzrə 66 kiloqramda mübarizə aparan Vüqar Babayev qızıl medala sahib olub. Azər Fətullayev 81,  Nizami Məmmədov isə 100 kiloqram çəki dərəcələrində bürünc mükafat alıblar. 

M4 yaş kateqoriyası üzrə 100 kiloqramda Emil Hüseynov 1-ci yeri tutub. 73 kiloqramda Əli Əlibəyli isə 3-cü olub. 

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın veteran cüdoçuları 3 medal qazanıblar. İyunun 9-na kimi davam edəcək qitə birinciliyində 35 ölkədən 800 cüdoçu mübarizə aparır.

L.QURBANOVA

XQ

İdman