Daha bir boksçumuz “Paris-2024”də

post-img

Boks üzrə Azərbaycan komandası Paris Yay Olimpiya Oyunlarına daha 1 lisenziya əldə edib.

Növbəti vəsiqəni millimizə Malik Həsənov (63,5 kq) qazandırıb. Dəri əlcək ustası Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə Olimpiadaya lisenziyanı da rəsmiləşdirib.

Bu, boks üzrə Azərbaycan millisinin Paris Oyunlarına qazandığı 4-cü vəsiqə olub. Qeyd edək ki, bundan əvvəl Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris Olimpiadasında iştirak hüququ qazanıblar. 

L.QURBANOVA
XQ

İdman