Bakıda futbol festivalı keçirilib

post-img

Bakıda AFFA-nın təşkilatçılığı, UEFA-nın, həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-8 yaşlı qızlar üçün təşkil olunan “Playmakers” layihəsinin tədris ilinin yekunu ilə əlaqədar “ASCO Arena”da futbol festivalı keçirilib.

Qadın futbolunun inkişafı məqsədilə təşkil edilən festivalda uşaqlar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Sonda iştirakçılar müvafiq diplomlarla təltif ediliblər.

Qeyd edək ki, festivalda Bakının 20 məktəbindən 200-dən çox qız iştirak edib. 

L.QURBANOVA

XQ

 

İdman