Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 5 çəkidə mükafatçılar müəyyənləşib. Yığmamız yarış gününü 2 qızıl və 2 bürünc medalla başa vurub. Ziya Babaşovla (63 kq) Xasay Həsənli (77 kq) həlledici mərhələdə rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Rəşad Məmmədov ( 55 kq) və Laçın Vəliyev (87 kq) isə bürünc mükafata yiyələniblər.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.
L.QURBANOVA
XQ