Hidayət Heydərov dünya çempionatının qalibi olub

post-img

Azərbaycan cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

Komandamızın üzvü Hidayət Heydərovun (73 kq) həlledici mərhələdə rəqibi Tatsuki İşihara (Yaponiya) olub. Vazari xalı ilə geridə olan Hidayət sona 10 saniyə qalmış ippon fəndi işlədərək dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, Azərbaycan cüdo tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.

Dünya çempionatı mayın 23-də başa çatacaq.

İdman